İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva vilayətində BOMBARDMAN HƏYƏCANI: Şəhərdə təlaş, institutda evakuasiya FOTO VİDEO

1192 24.11.2025 20:50 Dünya A A

Moskva vilayətində hava hücumundan müdafiə (HHM) sistemi aktivləşdirilib.

Musavat.com xəbər verir ki, Moskvanın meri Sergey Sobyanin HHM sisteminin şəhərə doğru uçan 10 pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Hücum təhlükəsi fonunda Zelenoqradda yerləşən Moskva Elektronika Texnikası İnstitutu təcili evakuasiya elan edərək tələbə və əməkdaşları sığınacaqlara düşməyə çağırıb. Təxminən iki saat sonra təhlükənin sovuşduğu açıqlanıb və həyəcan siqnalı ləğv olunub.

Buna baxmayaraq, institut həmin gün bir sıra dərslərin keçirilməyəcəyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR