İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada böyük YANĞIN: Bu rayonlar ZÜLMƏT, Krım isə OD içində - TV Musavat

632 01.07.2026 15:38 Dünya A A

Moskva vilayətinin Lyubertsı şəhərində elektrik yarımstansiyasında yanğın baş verib. Rusiya mətbuatı məlumat yayıb. Kotelniki şəhər dairəsinin rəhbəri Mixail Sobolev “Rosset”in yarımstansiyasında qəza baş verdiyini bildirib.

Onun sözlərinə görə, Lyubertsı və Kotelnikov da daxil olmaqla, Moskva vilayətinin bir sıra ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.

Ukrayna ordusu Krımda Saki hərbi aerodromuna zərbələr endirib. Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, PUA zərbələri nəticəsində aerodomun 5 anqarı məhv edilib.

Su-30 və Su-30M qırıcılarının olduğu anqarlardan birində böyük yanğın baş verib. İki təyyarənin məhv edildiyi bildirilir.
Ukraynanın son günlər Moskva və ətrafına endirdiyi PUA zərbələri Kremlin siyasi və iqtisadi baxımdan zəiflədilməsinə hesablanıb. “Atlantik” nəşri yazıb. Nəşrin bildirdiyinə görə, Dubnadakı Kosmik Rabitə Mərkəzinə və Moskvanın iri neft emalı zavoduna endirilən son zərbələr Ukraynanın Rusiya rəhbəri üçün dözülməz şərait yaratmaq strategiyasının nümunəsidir
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Heydər Oğuzla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR