İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada ölümdən dönən Kadırovun varisi kim olacaq?

1498 02.01.2026 11:21 Siyasət A A

FTX-dan sızan məlumat: “Onun səhhəti ilə bağlı müsbət nəticəyə demək olar ki, ümid yoxdur”

Ramzan Kadırov ötən həftə Moskvada Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi ilə keçirilən Dövlət Şurasının iclasında iştirak etməməsinin yeni təfərrüatları bəlli olub.
Musavat.com “Novaya qazeta”ya istinadən xəbər verir ki, Çeçenistan lideri görüşdə şəxsən iştirak etməyi planlaşdırıb və dekabrın 24-də Moskvaya uçub. Lakin dekabrın 24-dən 25-nə keçən gecə vəziyyəti kəskin pisləşib və o, təcili yardım maşını ilə Mərkəzi Klinik Xəstəxanasına aparılıb. Bu səbəbdən Dövlət Şurası respublikanın nümayəndəsi olmadan keçirilib.


Çeçenistan rəhbərinə yaxın mənbənin sözlərinə görə, o Moskvada ölümdən dönüb və həkimlər onun vəziyyətini çətinliklə sabitləşdiriblər. Bundan sonra Kadırov vətənə qayıdıb və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb.

Qəzetin yazdığına görə, Kadırovun səhhəti ötən ilin əvvəlindən nəzərəçarpacaq dərəcədə pisləşib. Sonra o, Qroznıdakı özəl klinikaya yerləşdirilib. Kadırov bu yaxınlarda canlı sual-cavab sessiyası zamanı səhhətində yaranan problemləri dolayısı ilə təsdiqləyərək, son bir ildə dörd rəsmi məzuniyyətə getdiyini bildirib. Kadırov əsəb pozğunluqlarından və daim gərginlikdən əziyyət çəkdiyini iddia edib. O, bunu Ukraynadakı müharibədə xidmət edən çeçen döyüşçülərlə bağlı narahatlığı ilə əlaqələndirib.
Nəşr qeyd edib ki, Kadırovun səhhətində ciddi problemlər olduğu çübhə doğurmur. Çünki əvvəllər o, həftədə faktiki olaraq yeddi gün işləyirdi və Yeni il bayramında cəmi iki həftə istirahət edirdi.
Son bir il ərzində Çeçenistan rəhbəri nadir hallarda ictimaiyyət qarşısına çıxıb. O, vaxtının çoxunu ya öz rezidensiyasında, ya da klinikada keçirir. “Novaya qazeta Avropa” mənbələrinin məlumatına görə, Kadırov iki dəfə, o cümlədən noyabrda Dubaydakı özəl klinikalardan birində alman həkimlər onu müayinə ediblər. Çeçenistan Federal Təhlükəsizlik Xidmətində sızan məlumata görə, “Kadırovun səhhəti ilə bağlı müsbət nəticəyə demək olar ki, ümid yoxdur”.

“FSB” Ramzan Kadırovun səhhəti ilə bağlı məlumatları ona yaxın adamlar vasitəsilə izləyir.
Yada salaq ki, may ayında  Kadırov tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb. Daha sonra   bildirib ki, bir çoxları onun istefa ilə bağlı səsləndirdiyi fikirlərin mənasını anlamayıblar. "Mən xahiş edə bilərəm, amma qərarı yalnız prezident verir" deyib.  
Kadırovun yerinə ən şanslı namizədlər sırasında  Apti Alaudinovun da adı çəkilir. O, 2006-cı ildə Ramzan Kadırovun komandasına qoşulub. Stavropol diyarında sovet hərbçisi ailəsində anadan olan Apti Alaudinov Birinci Çeçen müharibəsində iştirak etməyib. Amma onun atası və böyük qardaşı Dudayev əleyhinə Moskvanın dəstəklədiyi və silahlandırdığı müxalifətin tərəfində olublar. Alaudinovun müsahibələrinin birində deyib ki, qardaşı və atası 1994-cü ilin oktyabrında “Dudayev, Məshədov və digər içkeriyalılarla ilk döyüşdə” həlak olublar.  

daiudov.jpg (66 KB)

Mənbələr ən çox ehtimal olunan namizəd kimi isə həmişə olduğu kimi respublikanın baş naziri Maqomed Daudovun adını çəkirlər. Kadırova sadiqliyi ilə tanınan Daudovun ötən il baş nazir təyin olunması hakimiyyət dəyişikliyinə hazırlıq kimi izah edilirdi, lakin müşahidəçilərin fikrincə, Çeçenistan rəhbərliyində hər hansı dəyişiklik həmişə pərdəarxası intriqalarla doludur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR