Filipp Kirkorovun konsert direktoru Moskvanın mərkəzində yerləşən GUM buz meydançasının təntənəli açılışını az qala yarımçıq qoyub — o, bloqer Suad Muratoviçlə dava edib.
Musavat.com xəbər verir ki, ilk dəfə tərəflər buz üzərində dalaşıblar, ikinci dəfə isə meydançanın kənarında yenidən əlbəyaxa olublar. Suad, Kirkorovun konsert direktoru Maksim Sitniki təhqir etdikdən sonra Sitnik onu döyməyə cəhd edib. Bu səbəbdən buz meydançasının açılış mərasimi müvəqqəti olaraq dayandırılıb.
İddiaya görə, Filipp Kirkorov davaya müdaxilə etməyib və vəziyyət gərginləşən kimi tədbiri tələsik tərk edib.
Musavat.com






