İnsanlara hürriyət, millətlərə istiqlal!

Mourinyo "Fənərbağça"dan gedir? - özü açıqladı

1784 28.05.2025 08:24 İdman A A

Təcrübəli mütəxəssis Joze Mourinyo "Fənərbağça" klubunda qalacağını və UEFA Çempionlar Liqasında mübarizə aparmaq üçün çalışacaqlarını bildirib.

Milli.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı Ali Koçun ona güvəndiyini və komandada qalmasını istədiyini bildirib.

"Klub prezidenti mənə güvənir. Növbəti mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparmaq üçün çalışmalıyıq. Klub rəhbərliyi ilə hədəflərimiz eynidir. Məhz buna görə də "Fənərbağça"da qalacağam", - deyə J.Mourinyo bildirib.

Qeyd edək ki, Joze Mourinyonun "Fənərbağça" klubu ilə müqavilə müddəti 2026-cı ilin yayında başa çatır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR