İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp dünya mediasını silkələdi: "Böyük sülh sazişi masadadır"

642 08.06.2026 15:20 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki hərbi gərginliyi tamamilə bitirəcək və regionun geosiyasi gələcəyini kökündən dəyişdirəcək növbəti sensasion bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri özünün sosial şəbəkə hesabında paylaşım edərək aylardır qan tökülən münaqişə tərəflərinin – İsrail və İranın hazırda təcili olaraq müharibəni dayandırmaq və danışıqlar masasına oturmaq barədə gizli razılığa gəldiklərini elan edib.

Tramp Vaşinqtonun vasitəçiliyi ilə aparılan pərdəarxası diplomatik proseslərin son mərhələyə qədəm qoyduğunu qürurla diqqətə çatdırıb: "Hər iki tərəf, həm İsrail, həm də İran dərhal atəşkəs əldə olunmasına can atır! Hazırda böyük 'sülh' layihəsi üzrə yekun danışıqlar uğurla irəliləyir. Bu tarixi prosesə yalnız kiminsə savadsızlığı, nadanlığı və ya axmaqlığı mane olmasa, biz tezliklə hədəfə çatacağıq".

ABŞ lideri bu bəyanatla regionda gərginliyi artırmağa çalışan bəzi radikal siyasi qüvvələrə və xarici oyunçulara açıq şəkildə sərt xəbərdarlıq ünvanlayıb.

Bununla yanaşı, Donald Tramp yekun sənəd imzalanana qədər rəsmi Tehrana qarşı tətbiq olunan iqtisadi və hərbi təzyiqlərin zərrə qədər də azaldılmayacağını bəyan edib. Hörmüz boğazındakı vəziyyətə eyham vuran Prezident Ağ Evin güzəştsiz mövqeyini bu sözlərlə ifadə edib: "Böyük və yekun saziş tam imzalanana qədər tətbiq olunan blokada öz tam həcmində, tam gücü və qüvvəsi ilə qüvvədə qalacaq. Hər şey çox sürətlə baş tutmalıdır. Bu vacib məsələyə göstərdiyiniz diqqətə görə hamınıza təşəkkür edirəm!"

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR