İnsanlara hürriyət, millətlərə istiqlal!

Mourinyo yenə “Qarabağ”dan söz açdı

5060 01.10.2025 11:07 İdman A A

Joze Mourinyo "Benfika"nın baş məşqçisi kimi ilk Çempionlar Liqası oyununa çıxıb.

Onun komandası səfərdə "Çelsi"yə məğlub olub - 0:1.

Mourinyo görüşdən sonra yenə "Qarabağ"la matçı xatırladıb:

"Bu gün bir xal almaq üçün kifayət qədər çalışdıq, amma yenə də bacara bilmədik. Çalışdıq. Bu, kifayət deyildi, amma eybi yoxdur. Problem bugünkü oyunda yox, "Qarabağ"a məğlubiyyətdədir".

Qeyd edək ki, "Qarabağ" "Benfika"nı 3:2 hesabı ilə məğlub edib. Bu görüşdən sonra "qartallar"ın baş məşqçisi Brunu Laji istefaya göndərilib və onu Mourinyo əvəz edib. (Offsideplus.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR