İnsanlara hürriyət, millətlərə istiqlal!

MRT-ni əvəz edəcək cihaz: Cəmi 60 saniyəyə nəticə verir

1388 19.06.2026 02:45 Maraqlı A A

Bütün bədənin cəmi bir dəqiqəyə skan edilməsinə imkan verən yeni ultrasəs cihazı təqdim olunub.

Musavat.com xəbər verir ki, Midjourney Medical şirkəti bütün bədənin ultrasəs müayinəsini həyata keçirən yeni skaneri təqdim edib. Şirkətin açıqlamasına görə, cihaz diaqnostika keyfiyyətinə görə MRT ilə rəqabət apara, sürət və əlçatanlıq baxımından isə onu üstələyə bilər.

Texnologiya belə işləyir: pasiyent qızılı işıqlandırılmış dayaz hovuza daxil olur və yavaş-yavaş suya enir. Bu zaman sualtı ultrasəs sensorlarından ibarət halqa bədənin hər tərəfinə akustik dalğalar göndərir.

Bildirilir ki, yeni ultrasəs skaneri MRT-dən fərqli olaraq əks-göstərişlərə malik deyil, ionlaşdırıcı şüalanmadan istifadə etmir və ambulator şəraitdə quraşdırıla bilər.

Cihaz daxili orqan və toxumaların üçölçülü təsvirlərini əldə etməyə imkan verir. Şirkətin məlumatına görə, görüntü keyfiyyəti indiyədək əsasən MRT aparatlarında mümkün olan səviyyəyə çatır.

İlk 10 skanerin 2027-ci ilin sonunadək San-Fransiskoda yerləşən Midjourney Spa mərkəzində quraşdırılması planlaşdırılır. Şirkət növbəti altı il ərzində dünyada təxminən 50 min belə skaner yerləşdirməyi hədəfləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR