İnsanlara hürriyət, millətlərə istiqlal!

Muazzez Abacı 78 yaşında vəfat edib

1255 12.11.2025 22:43 Şou-biznes A A

Musavat.com xəbər verir ki, Türk sənət musiqisinin görkəmli nümayəndəsi, “Devlet Sanatçısı” fəxri adını daşıyan Muazzez Abacı bu gün — 12 noyabrda, 78-ci doğum günündə vəfat edib.

Bir neçə gün əvvəl ürək tutması keçirən və xəstəxanaya yerləşdirilən sənətçinin səhhəti son günlərdə ağırlaşmışdı. Həkimlərin səylərinə baxmayaraq, Abacı həyatını itirib.

Acı xəbəri sənətçinin meneceri Taner Budak sosial media hesabında açıqlayıb. O, paylaşımında bildirib:

“Böyük bir üzüntü ilə bildirirəm ki, dəyərli sənətçimiz Muazzez Abacı 78-ci doğum günündə vəfat edib. Onu sevgi dolu ürəyi, gülər üzü və sənətə olan sədaqəti ilə xatırlayacağıq.”

Sənət yolu

Tam adı Hicran Muazzez Abacı olan sənətçi 1947-ci ildə Ankarada doğulub. Musiqi karyerasına 1966-cı ildə Ankara Radiosunda başlayıb. İlk albomu “Bir Sen Kaldın İçimde” ilə böyük uğur qazanıb və qısa zamanda Türk sənət musiqisinin ən güclü qadın səsi kimi tanınıb.

Abacı 1990-cı ildə çıxardığı “Vurgun” albomu ilə satış rekordları qırıb. 1998-ci ildə isə Türkiyə Cümhuriyyəti tərəfindən “Devlet Sanatçısı” (Dövlət Sənətçisi) fəxri adına layiq görülüb.

 

Xatırladaq ki...

Muazzez Abacı Türkiyə musiqi tarixində Zeki Müren və Bülent Ersoy kimi sənətkarlarla bir sırada anılır və klassik musiqinin müasir dövrdə yaşamasına böyük töhfə verib.

Onun səsi, ifası və sənətə sevgisi nəsillər boyu xatırlanacaq. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR