Müctəba Xamenei ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasına icazə verdiyini bildirib.
Musavat.com xəbər verir ki, o, əvvəlcə bu məsələ ilə bağlı fərqli mövqedə olduğunu, lakin İran prezidenti və Ali Milli Təhlükəsizlik Şurasının üzərinə müvafiq öhdəliklər götürməsindən sonra razılaşmaya icazə verdiyini qeyd edib.
Xamenei vurğulayıb ki, İran bundan sonra sazişin şərtlərinin yerinə yetirilməsini gözləyəcək.
Musavat.com






