İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyi məlumat yaydı

2708 03.11.2025 11:27 Hərbi xəbərlər A A

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 3-7 noyabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, proses həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində də baş tutacaq.

Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR