İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin orta aylıq əməkhaqqı məbləği açıqlandı

1306 30.06.2026 10:38 Təhsil A A

“2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, müəllim heyəti üzrə orta aylıq əməkhaqqı 1030 manatdır:

“Bir sıra müəllimlərin həftəlik dərs yükünün kəskin aşağı olması orta aylıq əməkhaqqı məbləğini azaldır. 14 372 nəfərin orta dərs saatı 8 saatdır, əməkhaqqı isə 500 manata qədərdir. 1426 nəfər isə 34 saat dərs deməyə görə 2000 manat və daha artıq əməkhaqqı alır”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR