İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiqi sənayesi sərhəd tanımır: bu dəfə dəfn aksesuarı - Axirət üçün hazırlıq VİDEO

533 26.02.2026 00:09 Maraqlı A A

Musiqi platforması Spotify qeyri-adi məhsulla gündəmə gəlib.

Musavat.com xəbər verir ki, şirkət pank üslublu su brendi Liquid Death ilə birlikdə Eternal Playlist Urn adlı dəfn urnası təqdim edib. Ağ rəngli urnanın qapağına Bluetooth-kolonka yerləşdirilib və istifadəçilərə “əbədiyyət üçün pleylist” hazırlamaq təklif olunur.

Layihə çərçivəsində platforma istifadəçilərə bir sıra suallar ünvanlayır: “Sənin əbədiyyətinin ab-havası necədir?”, “Ruhunun imza səsi nədir?” Cavablara uyğun olaraq fərdi musiqi siyahısı formalaşdırılır. 

Məhsul məhdud saydadır – cəmi 150 ədəd istehsal edilib və yalnız ABŞ-da satışa çıxarılıb. Qiyməti isə 495 dollar təşkil edir.

Şirkətin təqdimat mətnində diqqətçəkən ifadə də yer alıb: “Həyat musiqiyə ehtiyac duyur. Eyni şey axirət üçün də keçərlidir.”

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR