Rusiyalı milyarder “Taşir” qrupunun rəhbəri Samvel Karapetyanın qohumu kimi tanınan və Ermənistan cəmiyyətində “Булочка дяди” ləqəbi ilə məşhur olan Narek Karapetyan sosial şəbəkədə növbəti qalmaqallı açıqlama ilə çıxış edib.
Musavat.com xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, “güclü danışıqlar aparan şəxs olarsa, Bakıda saxlanılan erməni əsirlərini geri qaytarmaq mümkündür”.
Bu bəyanat İrəvanda dərhal suallar doğurub: əgər Karapetyan Paşinyanı “zəif danışıqlar aparıcısı” hesab edirsə, bəs onun təsəvvüründə “güclü danışıqlar aparanı” kimdir? Özü?
Siyasi müşahidəçilər bu çıxışı açıq-aşkar seçki vədi kimi qiymətləndirirlər. Mesajın məzmunu belə anlaşılır ki, Narek Karapetyan hakimiyyətə gəlsə, əsirlərin qaytarılmasına nail ola biləcəyini iddia edir.
Lakin ekspertlər bildirirlər ki, “Булочка дяди” ləqəbli gənc biznesmenin hansı əsasda və hansı formatda danışıqlar aparacağı, ümumiyyətlə, belə bir prosesdə hansı təsir və legitimliyə sahib olacağı tamamilə qeyri-real görünür.
Müşahidəçilər Ermənistanda populist bəyanatların artdığını, siyasi arenaya yeni fiqurların özlərini diqqətə çatdırmaq üçün xüsusilə əsir mövzusundan istifadə etdiyini vurğulayırlar.
Musavat.com






