NATO hərbi komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqone Rusiyanın mümkün hücum ssenarisində ən həssas nöqtəsinin Kalininqrad eksklavı olduğunu bildirib.
Musavat.com xəbər verir ki, admiral Delfi portalına açıqlamasında Moskvaya açıq mesaj verib.
Musavat.com xəbər verir ki, Draqone müsahibəsində bunları deyib: “Əgər mən Kalininqradın yerində olsaydım, bunu etməzdim”. Onun sözlərinə görə, NATO üzvü ölkələrlə tam mühasirədə olan eksklavın təxribat və ya hücum üçün əlverişli mövqeyi yoxdur. “Hər hansı aqressiya dərhal və lazımi şəkildə neytrallaşdırılacaq”.
Rusiya üçün riskin heç də yeni mövzu olmadığını xatırladan admiral bildirib ki, Kalininqradın coğrafiyası onu NATO ilə qarşıdurmada ilk sırada zəif həlqəyə çevirir.
Qeyd: ABŞ Ordusunun Avropadakı keçmiş komandanı Ben Hodjes də eyni mövzuda danışmışdı. O bəyan etmişdi ki, Rusiya Polşaya hücum edəcəyi təqdirdə Kalininqrad və Sevastopol cəmi bir neçə saat ərzində sıradan çıxarıla bilər.
Musavat.com






