NATO-nun baş katibinin müavini Radmila Şekerinska növbəti ilin birinci yarısında Azərbaycana rəsmi səfər etməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, NATO-nun mətbuat xidmətinin açıqlamasına görə, Radmila Şekerinska dekabrın 18-də Ermənistana səfər edəcək. Səfər çərçivəsində alyansın yüksək vəzifəli rəsmisinin Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulur.
Məlumata əsasən, Şekerinska Ermənistanın baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan və müdafiə naziri Suren Papikyan ilə görüşəcək.
Bundan əlavə, NATO-nun baş katibinin müavini Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri və NATO-ya üzv ölkələrin səfirləri ilə də ayrıca görüşlər keçirəcək.
Musavat.com






