Xəbər verildiyi kimi, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026” baş tutub. 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.
Musavat.com xəbər verir ki, bir çox sənətçi də marafona qoşulub.
Onların arasında şairə Nazilə Səfərli də olub. O, qaçış zamanı tanınmış aparıcı Hacı Nuranla zarafatlaşıb. Nazilə Səfərli Hacı Nuranla yanaşı qaçaraq “Qaç, Nuran, qaç. 6 min manatla yox, dollarla” deyə zarafatlaşıb.
Qeyd edək ki, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitali Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.
Qadınların mübarizəsində Rusiyadan Yelena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.
Şahanə Rəhimli
Musavat.com






