İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik qubernatoru məhkəməyə verdi

464 23.12.2025 19:03 Dünya A A

ABŞ Ədliyyə Nazirliyi İllinoys ştatının qubernatoru Cey Robert Pritsker və ştatın baş prokuroru Kvame Raula qarşı məhkəmə iddiası qaldırıb.

Musavat.com xəbər verir ki, nazirlik ştat rəhbərliyinin federal hüquq-mühafizə orqanlarının, xüsusilə də miqrasiya xidməti (İCE) əməkdaşlarının fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş addımları Konstitusiyaya zidd hesab edib.

Demokrat qubernator Pritsker oktyabr ayında Illinois Bivens Act adlı qanunu imzalayıb. Həmin qanun mülki miqrasiya prosedurları zamanı konstitusion hüquqların pozulmasına görə məhkəməyə müraciət etmək imkanı yaradır. Bundan əlavə, 9 dekabrda qəbul edilən Court Access, Safety, and Participation Act məhkəmə proseslərinin iştirakçılarını məhkəmə binalarının ətrafında mülki immiqrasiya həbslərindən qorumağı nəzərdə tutur.

ABŞ prokuroru Stiven Vaynhoft Ədliyyə Nazirliyinin saytında yayımlanan bəyanatında bildirib ki, İllinoys siyasətçiləri hüquq-mühafizə orqanlarını dəstəkləmək əvəzinə, onlara qarşı məhkəmə iddiaları və kompensasiya mexanizmləri tətbiq edirlər. Onun sözlərinə görə, bu yanaşma ICE-nin təhlükəli cinayətkar əcnəbilərin - o cümlədən qatillərin və uşaqlara qarşı zorakılıq törədən şəxslərin - deportasiyasını hədəfləyən Criminal Alien Programının işinə zərbə vurur.

Ədliyyə Nazirliyi hesab edir ki, Çikaqo və ştat rəhbərliyinin bu siyasəti hüquq-mühafizə əməkdaşlarının təhlükəsizliyini risk altına salır və mühüm əməliyyatların icrasını çətinləşdirir. Nazirliyin fikrincə, federal əməkdaşlar artıq görünməmiş təzyiq və zorakılıq dalğası ilə üzləşirlər.

Daha əvvəl ICE-nin məlumatına əsasən, 2025-ci ilin yanvar ayından etibarən İllinoys ştatında 1768 qeyri-qanuni miqrant–cinayətkar azadlığa buraxılıb.

ABŞ prezidenti Donald Tramp dəfələrlə qubernator Pritskeri Çikaqoda təhlükəsizliyi təmin edə bilməməkdə tənqid edib. Bununla yanaşı, FTB-nin rəsmi statistikasına görə, şəhərdə zorakı cinayətlərin səviyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 11 faiz, pandemiyadan əvvəlki dövrlə müqayisədə isə demək olar ki, iki dəfə azalıb. Qubernator Pritsker isə cavab olaraq Trampı diktaturaya can atmaqda və Amerika şəhərinə qarşı “müharibə aparmaqda” ittiham edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR