Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.
Bu barədə Musavat.com-a açıqlamasında nun köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə, N. Həsənzadə nəfəs almaqda çətinlik çəkir:
“Hazırda reanimasiyadadır, dializ edirlər. Vəziyyəti ağır olaraq qalır. Neçə gündən sonra bu gün 5 dəqiqəlik şairlə görüşdüm, bir neçə kəlmə danışdıq. Huşu yerindədir, ancaq nəfəs almaqda çətinlik çəkir. Ona görə də süni tənəffüs aparatına qoşublar. Ümid edirik ki, vəziyyəti yaxşılaşacaq”.
Qeyd edək ki, şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. Xalq şairi hazırda Mərkəzi Klinik xəstəxanada müalicə alır. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.
Şahanə Rəhimli
Musavat.com






