İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Misir ordusunun güclənməsinin qarşısını almaq istəyir

498 06.02.2026 09:45 Dünya A A

İsrailin Baş naziri Benyamin Netanyahu Misirin artan hərbi imkanlarından narahatlığını bildirib.

Musavat.com xəbər verir ki, məlumatı "Ma'ariv" qəzeti yayıb. Qəzetin məlumatına görə, baş nazir bu açıqlamanı İsrail parlamentinin Xarici İşlər və Müdafiə Komitəsinin qapalı iclasında çıxış edərkən verib.

Netanyahu İsrail və Misirin diplomatik münasibətlərinin və ortaq maraqlarının olduğunu etiraf edib, lakin o, Misir ordusunun hazırda fəal şəkildə gücləndirildiyini də qeyd edib: "Bu, diqqətlə izlənilməli və çox güclənməyə yol verilməməlidir".

İsrail Baş naziri əvvəllər də oxşar narahatlıqlarını ifadə edib. Xüsusilə 2025-ci ilin sentyabr ayında Amerikanın "Axios" xəbər agentliyi Netanyahunun ABŞ administrasiyasından Qahirəyə təzyiq göstərməsini istədiyini bildirmişdi. İsrail tərəfi iddia edir ki, Misir Sinay yarımadasında "1979-cu il sülh müqaviləsinin ciddi şəkildə pozulması" sayılacaq bir neçə addım atıb. Agentliyin yəhudi dövlətindəki mənbələri iddia edirlər ki, Misir yarımadada "hücum məqsədləri üçün istifadə edilə bilən" bir infrastruktur da daxil olmaqla "hərbi infrastruktur qurur". Mənbələrə görə, Ərəb Respublikası ordusu hava bazalarında uçuş-enmə zolaqlarının uzunluğunu artırıb və raketlərin saxlanması üçün istifadə edilə bilən yeraltı qurğular tikib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR