İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan Trampa Livan cavabı: İsrail ordusu tutduğu mövqelərdən geri çəkilməyəcək

877 15.06.2026 12:40 Dünya A A

İsrailin "Ynet" portalı rəsmi mənbələrə istinadən yaydığı məlumatda Baş nazir Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampa Livanla bağlı qəti mövqeyini çatdırdığını bildirib.

Musavat.com xəbər verir ki, Netanyahu amerikalı liderlə danışığında ölkəsinin Livan ərazisindən qoşunlarını çıxarmayacağını və ABŞ-ın İranla əldə etdiyi sazişdə yer alan "Livan bəndi"ni yerinə yetirmək öhdəliyinin olmadığını açıq şəkildə bəyan edib.

Nəşrin yaydığı məlumatda qeyd olunur ki, İsrail hökumətinin rəhbəri ordunun Livanda hazırda tutduğu strateji mövqelərdə qalacağını tam olaraq diqqətə çatdırıb. Netanyahu həmçinin vurğulayıb ki, İsrail Müdafiə Ordusu (SAXAL) bölgədəki "Hizbullah" hərəkatından gələn birbaşa təhlükələrə qarşı hərbi əməliyyatlarını bundan sonra da qətiyyətlə davam etdirəcək. Bu addım Vaşinqtonla Təl-Əviv arasında regional təhlükəsizlik məsələlərində ciddi fikir ayrılığının yarandığını göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR