İnsanlara hürriyət, millətlərə istiqlal!

Oktay Kaynarcanın narkotik testinin cavabı açıqlanıb – rəsmi nəticə bəlli oldu

1261 16.01.2026 20:38 Gündəm A A

Türkiyənin tanınmış aktyoru Oktay Kaynarca ilə bağlı yayılan narkotik ittihamlarına aydınlıq gətirilib.

Musavat.com xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində aktyordan götürülən narkotik testinin nəticəsi açıqlanıb.

Məlumata görə, Adli Tıp Kurumunda aparılan laborator analizlər zamanı Oktay Kaynarcanın qan, sidik və saç nümunələri yoxlanılıb. Aparılan ekspertiza nəticəsində aktyorun narkotik maddə istifadə etmədiyi müəyyən olunub. Test nəticələri rəsmi olaraq neqativ çıxıb.

Xatırladaq ki, bir müddət əvvəl aparılan narkotik istintaqı çərçivəsində Oktay Kaynarca, müğənni Emel Müftüoğlu və daha bir neçə şəxs ifadə vermək üçün prokurorluğa dəvət olunmuşdu. Onlar barəsində məhkəmə nəzarəti tədbiri seçilmiş, ölkəni tərk etmə qadağası tətbiq edilmişdi.

Test nəticələrinin açıqlanmasından sonra mediaya qısa açıqlama verən Oktay Kaynarca illərdir narkotiklə mübarizəni dəstəklədiyini vurğulayaraq, “Alnım açıq, başım dik” sözləri ilə üzərinə atılan ittihamların əsassız olduğunu bildirib.

Hazırda istintaq digər şübhəlilərlə bağlı davam edir. Prokurorluq yekun qərarın araşdırma başa çatdıqdan sonra veriləcəyini açıqlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR