İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölüm hökmləri bərpa edilir: edam üsulları sırasına güllələnmə də qaytarılır

1459 25.04.2026 01:42 Dünya A A

ABŞ Ədliyyə Nazirliyi federal səviyyədə ölüm hökmlərinin icrası ilə bağlı moratoriumu ləğv edib.

Musavat.com xəbər verir ki, nazirlik federal edam mexanizmlərinin gücləndirilməsi barədə qərar qəbul edib. Rəsmi məlumata görə, ölüm hökmünün tələb olunacağı 44 iş üzrə prosesə icazə verilib. Onlardan 9-u ilə bağlı artıq Baş prokuror vəzifəsini icra edən Todd Blanş tərəfindən ölüm hökmü istənilməsi təsdiqlənib.

Reuters-in məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi edam üsulları sırasında güllələnmə, elektrik stulu və qazla boğma kimi alternativ metodların da tətbiqini dəstəkləyir. Bu addım ölümcül inyeksiya üçün istifadə olunan preparatların əldə edilməsində yaranan çətinliklərlə izah olunur.

Nazirliyin yaxın həftələrdə məhkumların bütün məhkəmə prosedurları başa çatmadan əfv müraciəti təqdim etməsinin məhdudlaşdırılması istiqamətində də addımlar atacağı bildirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR