Qaraciyər nəqli əməliyyatı keçirən tanınmış aktyor Ufuk Özkan haqqında yayılan “yenidən reanimasiyaya yerləşdirilib” iddialarına aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, o, müalicə aldığı xəstəxana otağından paylaşdığı video ilə bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Aktyor vəziyyətinin yaxşı olduğunu vurğulayıb və pərəstişkarlarına səslənib:
“İnstaqramda bəzi şeylər oxudum, gördüm. Bu xəbərləri kim yayır? Guya reanimasiyaya yerləşdirilmişəm və sair. Bunun həqiqətlə heç bir əlaqəsi yoxdur. Çox şükür, sağ-salamat buradayam. Aslanlar kimiyik. Hər gün daha da yaxşılaşıram. Xahiş edirəm, belə xəbərlərə inanmayın”.
Musavat.com






