Omsk neft emalı zavoduna PUA hücumundan sonra əhali yanacaqdoldurma məntəqələrinə axışdı
Musavat.com xəbər verir ki, Rusiyanın Omsk şəhərində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edildikdən sonra yerli sakinlər kütləvi şəkildə yanacaqdoldurma məntəqələrinə üz tutublar.
Məlumata görə, şəhərdə yanacaq qıtlığı və qiymət artımı ilə bağlı narahatlıq yaranıb. Bu səbəbdən sürücülər benzin ehtiyatı toplamaq üçün uzun növbələr yaradıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi yanacaqdoldurma məntəqələrinin qarşısında böyük avtomobil sıxlığının yarandığı görünür.
Musavat.com






