İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən şok tələb: arxivləri açın!

1801 17.12.2025 19:10 Ölkə A A

Ermənistanda 44 günlük müharibə zamanı həlak olan və itkin düşən hərbçilərin ailələri parlament nəzdində yaradılmış istintaq komissiyasının hesabatının dərc olunmasını tələb edirlər. Bu barədə Hraparak nəşri məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, həlak olanların yaxınları müvafiq petisiya hazırlayıb və Ermənistan Milli Assambleyasının binası önündə imza toplayırlar. Toplanan imzaların Milli Assambleyanın sədri Alen Simonyana təqdim olunacağı bildirilir.

Ailələr hesab edir ki, müharibənin gedişi, verilən qərarlar və baş verən hadisələrlə bağlı cəmiyyətə tam və açıq məlumat verilməli, istintaq komissiyasının nəticələri gizli saxlanılmamalıdır. Onların fikrincə, hesabatın açıqlanması həm həlak olanların xatirəsinə hörmət, həm də gələcək üçün məsuliyyətin müəyyənləşdirilməsi baxımından vacibdir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR