İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan dünyada ilk sistemi gerçəkləşdirir – nağd ödənişlər bir sıra sahələrdə ləğv edilir

1657 11.12.2025 23:12 Dünya A A

Özbəkistan 1 aprel 2026-dan etibarən dünyada ilk dəfə olaraq bir sıra məhsul və xidmətlərin yalnız bank kartı və ya rəqəmsal ödəniş yolu ilə alınması barədə qərar verib.

Musavat.com xəbər verir ki, prezident Şovkat Mirziyoyevin imzaladığı yeni qanun ölkənin iqtisadi siyasətində mühüm mərhələ kimi qiymətləndirilir.

Qadağa hansı sahələrə şamil olunur?

Yeni qaydalara əsasən, nağd ödəniş tamamilə ləğv edilir və bu sahələrdə yalnız elektron ödəniş mümkün olacaq:

Yanacaq və enerji resursları

Kommunal xidmətlər və dövlət xidmətləri

Alkoqollu içkilər və tütün məhsulları

Mənzil və digər iri alış-satış əməliyyatları

Məqsəd nədir?

Rəsmi açıqlamaya görə, hökumət bununla:

kölgə iqtisadiyyatını azaltmağı,

maliyyə əməliyyatlarında şəffaflığı artırmağı,

2030-cu ilədək ticarət və xidmət sektorunda nağdsız ödənişlərin payını 75%-ə çatdırmağı qarşısına məqsəd qoyur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR