İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Aİ-dən DƏSTƏK İSTƏDİ

587 05.05.2026 12:12 Siyasət A A

Ermənistan sosial şəbəkələrdə dezinformasiya və nifrət nitqinin yayılmasına qarşı mübarizədə Avropa İttifaqının (Aİ) dəstəyinə ümid edir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə görüşündə bildirib.

Baş nazir vurğulayıb ki, Aİ daxilində aparılan müzakirələr zamanı sosial şəbəkələrdə, bəzən isə mediada dezinformasiya və nifrət ritorikasının yayılmasının bir çox Avropa ölkələri üçün də ciddi problem olduğu dəfələrlə qeyd edilib.

"Biz bu gün bu problemlə üz-üzəyik və təbii ki, Avropa İttifaqının təcrübə mübadiləsi, habelə Aİ-də artıq tətbiq olunmuş vasitələrin Ermənistanda istifadəsi üçün əlçatanlığın təmin edilməsi məsələsində bizə kömək edəcəyinə ümid edirik", - deyə Paşinyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR