İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “Erməni soyqırımı”nı tanıdığına görə Netanyahunun ağzından vurdu - VİDEO

2724 28.08.2025 14:15 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı” ilə bağlı açıqlamasını dolayısı ilə tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə baş nazir brifinqdə bildirib.

Paşinyan deyib ki, Netanyahunun bəyanatı Ermənistanın və ya erməni xalqının maraqlarını ifadə etmir.

Onun sözlərinə görə, müsahibədə bu mövzunun təsadüfi yoxsa səhv ifadə olub-olmamasını dəqiqliklə anlamaq vacibdir.

Baş nazir əlavə edib ki, “erməni soyqırımı” məsələsini heç bir geosiyasi oyun üçün “alver predmetinə” çevirmək niyyətində deyil və cəmiyyəti dövlət maraqlarına diqqət yetirməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR