İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan onların maraqlarına xidmət edir”

622 26.11.2025 17:07 Region A A

Ermənistan parlamentinin iclasında çıxış edən Respublika Partiyasının deputatı Ayk Mamicanyan hökuməti kəskin tənqid edib. Onun sözlərinə görə, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının ötən il Bakıdan erməni əsirlərin geri qaytarılması ilə bağlı təşəbbüsə qarşı səs verməsi indiki siyasi kursun mahiyyətini açıq göstərir.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Mamicanyanın sözlərinə görə, beynəlxalq strukturların mövqesiz qalması təsadüfi deyil. O iddia edir ki, bu, geosiyasi maraqlar və baş nazir Nikol Paşinyanın xarici güclərə qarşı “itaətkar siyasət” yürütməsi ilə bağlıdır.

“Onların susqunluğu böyük ehtimalla geosiyasi hesablamalarla bağlıdır. Paşinyan bir neçə geosiyasi mərkəzin maraqlarına xidmət edən itaətkar icraçıdır”, - deyə deputat bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR