İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan himn və bayraq təşəbbüsü

828 08.12.2025 11:27 Dünya A A

Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-dakı şəxsi səhifəsində Ermənistan Apostol Kilsələrində liturgiyalardan əvvəl dövlət himninin səsləndirilməsi təklifinin səbəbini izah etməyə çalışıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Baş nazirin sözlərinə görə, kilsələrdə istər girişdə, istərsə də içəridə erməni dövlət bayrağının olması məsələsi də müzakirə mövzusu olmalıdır ki, bu da bir sıra ölkələrdə qəbul olunmuş təcrübədir.

Xatırladaq ki, Paşinyan ötən gün belə yazmışdı: "301-ci ildə Erməni Apostol Kilsəsi dövlət tərəfindən, dövlət qərarı ilə yaradılıb. Məncə, bazar günü liturgiyalardan əvvəl səhər saat 10:55-də bütün kilsələrdə xor kollektivlərinin Ermənistan Respublikasının dövlət himnini oxuması məqsədəuyğun olardı".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR