İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın tutdurduğu keşiş Baqratın məhkəməsi qəribə şəkildə başladı - VİDEO

696 27.11.2025 15:27 Siyasət A A

İrəvanda arxiyepiskop Baqrat və onunla birlikdə mühakimə olunan “Müqəddəs Mübarizə” hərəkatının üzvləri üzrə növbəti məhkəmə iclası qeyri-adi şəkildə başlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, proses “Şeytandan imtina edirik” sözləri ilə başlanan dua ilə açılıb.

Arxiyepiskop Baqratla yanaşı, iş üzrə ümumilikdə 17 nəfər ittiham olunur. Onların hamısına qarşı “terror aktına hazırlıq” və “hakimiyyəti ələ keçirməyə cəhd” maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, noyabrın 20-də hərəkatın bəzi üzvləri barəsində tədbir qismində ölkəni tərk etməməyə dair iltizam seçilib, digərləri isə ev dustaqlığına buraxılıb. Hazırkı məhkəmə iclası prosesin növbəti mərhələsi kimi davam etdirilib.

Ermənistan ictimaiyyətində rezonans doğuran bu iş kilsə strukturlarının bir qrup üzvü ilə hökumət arasındakı qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR