İnsanlara hürriyət, millətlərə istiqlal!

Patriarx Kirill: Ruslar Putinə və “firavan dövrə” görə Allaha şükür etməlidir

428 16.12.2025 20:07 Dünya A A

Rus Pravoslav Kilsəsinin başçısı patriarx Kirillə görə, ruslar bu gün “son dərəcə firavan bir dövrdə” yaşayırlar, çünki Vladimir Putin “çar dövrlərindən bəri ilk pravoslav prezidentdir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kirill Müqəddəs Həvari Böyük Knyaz Vladimir məbədindəki xütbəsi zamanı danışıb.

“Bəzən hətta düşünürsən: İlahi, bu doğrudanmı gerçəklikdir?” — deyə patriarx vəcdə gəlib.

Kirillin sözlərinə görə, bu vəziyyət “həqiqətən yuxarıdan verilmişdir”. “Ona görə də biz yaşadığımız ölkəyə görə də, açığını deyim, hakimiyyətə görə də… və əlbəttə ki, bu gün Rusiyanın gördüyü bütün işlərə görə də Allaha minnətdar olmalıyıq”, — deyə o vurğulayıb.

Patriarx eyni zamanda rusları “Kilsənin və Vətənin xeyrinə çalışmağa” və ölkənin “mədəni-sivilizasion inkişaf yolundan” vətəndaşları “sapdırmağa” çalışan “bədniyyətli qüvvələrin” təlqin etdiyi “cürbəcür vəsvəsələrdən uzaq durmağa” çağırıb. Onun fikrincə, bu halda Rusiya “elmi, texnoloji və maliyyə baxımından inkişaf etmiş Qərbin üzləşdiyi böyük problemlərdən” yan keçə biləcək. “Heç kəsi mühakimə etməyək, lakin həmin cəmiyyətin mənəvi-əxlaqi böhranı tamamilə aydındır”, — deyə RPK-nın rəhbəri sözlərini tamamlayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR