İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon illərin sirrini açdı – yüz milyonlarla insan bir anda axışdı

2818 10.05.2026 19:47 Dünya A A

ABŞ Müharibə Nazirliyinin (Pentaqon) məxfilikdən çıxardığı UFO sənədlərinin yerləşdirildiyi sayt son sutka ərzində təxminən 500 milyon nəfər tərəfindən ziyarət edilib.

Musavat.com xəbər verir ki, Pentaqon ilk dəfə naməlum anomal hadisələr (UAP) ilə bağlı əvvəllər gizli saxlanılan materialları ictimaiyyətə təqdim edib. Qurum bildirib ki, amerikalıların bu məlumatlara birbaşa çıxışını təmin etmək məqsədilə şəffaflıq təşəbbüsü bundan sonra da genişləndiriləcək.

Açıqlamada qeyd olunub ki, yeni materiallar davamlı şəkildə sayta əlavə ediləcək. Eyni zamanda vurğulanıb ki, təhlükəsizlik baxımından yoxlanılan sənədlərin bir hissəsi hələ anomal hadisələrin olub-olmaması baxımından tam analiz edilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR