ABŞ müdafiə naziri Pit Heqset ideal nahar masasını təsvir edərkən gözlənilməz adlar çəkib.
Musavat.com xəbər verir ki, jurnalist Keyti Millerin YouTube-da dərc olunmuş podkastında o, nahara dəvət etmək istədiyi üç şəxsin Donald Tramp, Vladimir Putin və Vladimir Zelenski olduğunu bildirib.
Heqset bu seçimi belə izah edib:
“Bu, sülh üçün nahar olardı".
Podkast zamanı jurnalist ondan belə bir süfrədə hansı yeməklərin veriləcəyini soruşduqda, Heqset gülümsəyərək cavab verib:
“Steyk. Prezidentlər nə istəyəcəksə”.
O əlavə edib ki, menyuda həmçinin “rus souslu salatın” da olacağını düşünür.
Musavat.com






