İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon rəsmisi NATO müttəfiqlərini təriflədi

464 03.07.2026 10:12 Siyasət A A

Pentaqon hesab edir ki, ABŞ-ın Avropa NATO müttəfiqləri öz təhlükəsizlikləri üçün daha böyük məsuliyyət daşıması planlarını uğurla həyata keçirirlər.

Musavat.com xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin siyasət üzrə müavini Elbric Kolbi X hesabında yazıb.

Onun sözlərinə görə, Vaşinqton administrasiyası Şimali Atlantika Alyansında "Avropanın qeyri-nüvə silahlarından istifadə edərək öz müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürməsi" ilə nəticələnəcək dəyişikliklər görür: "Çoxları bunun mümkün olmadığını, Avropanın bu addımı ata bilməyəcəyini və ya atmaq imkanında olmayacağını söylədi. Biz bu iddianın gözümüzün önündə təkzib olunduğunu görürük".

Kolbi vurğulayıb ki, Vaşinqton NATO-nun ABŞ-dan "asılılığa deyil, tərəfdaşlığa əsaslanan bir ittifaq" olmasını istəyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR