İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərinazın rəqs performansı gündəm oldu - QƏRAR VERİLDİ (VİDEO)

3282 23.01.2026 18:53 Şou-biznes A A

Rəqəmsal platformada yayımlanan “Kısmetse Olur Aşkın Gücü” adlı yarışma proqramı azərbaycanəsilli iştirakçı Pərinazın cəsarətli rəqs performansı ilə yenidən müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, proqram daha əvvəl qadınları alçaldan və istismar edən məzmunlara görə Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) tərəfindən cərimələnib. RTÜK bununla yanaşı, yarışmanın yayımlandığı rəqəmsal platformanın kataloqdan çıxarılması barədə də qərar verib.

Pərinazın rəqs görüntülərinin sosial mediada yayılmasından sonra proqram yenidən tənqid hədəfinə çevrilib.

İstifadəçilər RTÜK-ün daha əvvəl qəbul etdiyi qərarları xatırladaraq, yarışmanın məzmununa nəzarətin yetərli olub-olmaması məsələsini gündəmə gətiriblər. Sosial şəbəkələrdə proqramın etik çərçivələrə uyğunluğu və bu tip məzmunların yayımına icazə verilməsi ciddi müzakirə mövzusuna çevrilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR