Peru məhkəməsi keçmiş prezident Pedro Kastilonu üsyana görə 11 il 5 ay 15 gün həbs cəzasına məhkum edib.
"Report" xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Hazırda Meksikanın Limadakı səfirliyində gizlənən keçmiş baş nazir Betsi Çaves də oxşar cəza alıb.
2022-ci il dekabrın 7-də Kastilo korrupsiya ittihamı ilə impiçmentinə baxılması üçün parlament iclası başlamazdan əvvəl Konqresi buraxmağa cəhd edib. Parlament üzvləri səsverməni ləğv etməyib və prezidentin vəzifəsindən kənarlaşdırılmasını təsdiqləyiblər. Nəticədə Pedro saxlanılıb.






