İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Putinlə bağlı diqqətçəkən AÇIQLAMA

1255 11.02.2026 08:43 Dünya A A

Rusiya prezidenti Vladimir Putin sosial şəbəkələrdən istifadə etmir, yalnız xüsusi rabitə vasitələrindən yararlanır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu fevralın 11-də Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Prezident mesajlaşma tətbiqlərindən istifadə etmir. Yalnız xüsusi rabitə ilə əlaqə saxlayır”, – deyə Peskov bildirib.

Xatırladaq ki, daha əvvəl, fevralın 10-da Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti ("Roskomnadzor")  “Telegram” messencerinin fəaliyyətini yavaşlatdığı bildirilir.

Peskov qeyd edib ki, bu qərar platformanın Rusiya qanunvericiliyinin tələblərinə əməl etməməsi səbəbindən qəbul olunub.

Onun sözlərinə görə, messencerə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər bütün tələblər yerinə yetirilənədək qüvvədə qalacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR