İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian nöqtəni qoydu: "Xameneinin fətvası var, bizdə nüvə silahı olmayacaq"

931 26.02.2026 12:14 Dünya A A

İran və ABŞ arasında Cenevrədə keçirilən həlledici nüvə danışıqlarının üçüncü raundu ərəfəsində Prezident Məsud Pezeşkian ölkəsinin strateji hədəfləri barədə mühüm açıqlama verib.

Musavat.com xəbər verir ki, Pezeşkian İranın nüvə silahı hazırlamadığını və bunun birbaşa dini qadağa ilə bağlı olduğunu bəyan edib.

İran Prezidenti vurğulayıb ki, Ali Lider Ayətullah Əli Xameneinin kütləvi qırğın silahlarını qadağan edən fətvası ölkə üçün dəyişməz qanundur:
"Cəmiyyətin dini lideri siyasətçilər kimi yalan danışa bilməz. O, "bizdə nüvə silahı olmayacaq" deyirsə, deməli, həqiqətən olmayacaq. Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahına can atmırıq".


Bu açıqlama 26 fevral 2026-cı il tarixində Cenevrədə başlayan ABŞ-İran danışıqları fonunda verilib. Amerika tərəfini Stiv Uitkoff və Jared Kuşnerin, İran tərəfini isə XİN rəhbəri Abbas Araqçinin təmsil etdiyi görüşlərdə İrandan uranın zənginləşdirilməsini 3,67% səviyyəsinə endirmək tələb olunur. Donald Tramp administrasiyasının bu danışıqları "son şans" kimi qiymətləndirməsi və uğursuzluq halında hərbi əməliyyatlara yaşıl işıq yandıracağı barədə xəbərlər gərginliyi artırıb.

Xatırladaq ki, Əli Xamenei hələ 2000-ci illərin əvvəllərində nüvə silahının istehsalını və tətbiqini "haram" elan edən rəsmi fətva vermişdi. Lakin Qərb dövlətləri və İsrail bu fətvanın taktiki gediş olduğunu iddia edərək İranın gizli şəkildə silah proqramını davam etdirdiyini irəli sürürlər. Pezeşkian isə bu iddiaları rədd edərək, İranın hər hansı yoxlamaya hazır olduğunu bildirib.

Ekspertlərin fikrincə, Pezeşkianın bu çıxışı sanksiyaların ləğvi müqabilində Qərblə yeni bir razılaşmaya nail olmaq üçün "yumşaq güclə" diplomatik manevr etmək məqsədi daşıyır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR