Polşanın Baş naziri Donald Tusk həftəsonu dəmir yolunda baş verən üç təxribat aktı ilə bağlı istintaqın təfərrüatlarını açıqlayıb.
Musavat.com "The Guardian" qəzetinə istinadən xəbər verir ki, şübhəlilər bu payız Belarusdan Polşa sərhədini keçən və Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyi güman edilən iki Ukrayna vətəndaşıdır.
Qeyd olunur ki, şübhəlilərdən biri əvvəllər Lvov məhkəməsi tərəfindən təxribata görə məhkum edilib. Tusk əlavə edib ki, hadisələrdən sonra hər iki şübhəli Belarusa qaçıb.
Xatırladaq ki,16 noyabrda Polşada Ukraynaya qatar daşıyan dəmir yolunun bir hissəsi zədələnib. Polşa Baş naziri Donald Tuskun sözlərinə görə, Varşavanı Ukrayna ilə sərhəddəki Dorohusk stansiyası ilə birləşdirən Mazovetski voyevodalığındakı dəmir yolu hissəsi təxribatla üzləşib.
Daha sonra bildirildi ki, Polşada təxribat nəticəsində zədələnmiş dəmir yolu hissəsində ikiqat yollu xidmət 18 noyabr gecəsi bərpa edilib. Dəmir yolu infrastrukturuna dəyən ziyana görə prokurorlar bazar ertəsi günü terror təxribatları ilə bağlı araşdırmaya başlayıblar.
Rusiya prezidentininb mətbuat katibi Dmitri Peskov Polşa dəmiryolunda partlayışı Ukrayna vətəndaşlarının törətməsini ironiya ilə şərh edib. O, “yaxşı ki, Polşa tərəfi günahkarları gizlətmir, biz bilirdik ki, Ukrayna izi var” deyib.
Musavat.com






