İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa şərq sərhədində “antidron divarı” qurur: ilk mərhələ 6 aya hazır olacaq

315 28.12.2025 14:16 Dünya A A

Polşa yaxın altı ay ərzində ölkənin şərq sərhədində pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulan “antidron divarı”nın ilkin mərhələsini formalaşdırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin müavini Çezari Tomçik açıqlama verib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sisteminin tam şəkildə qurulması 24 ay çəkəcək. Lakin layihənin ilk əməliyyat imkanları daha tez — təxminən altı ay sonra, hətta ondan da əvvəl istifadəyə verilə bilər.

“Antidron sisteminin tam tikintisi 24 ay ərzində başa çatacaq. Ancaq sistemin ilk imkanları təxminən altı ay ərzində, bəlkə də daha tez reallaşdırılacaq”, – deyə Polşa müdafiə nazirliyinin nümayəndəsi bildirib.

Layihə çərçivəsində sərhəd boyunca radarlar, müşahidə vasitələri, radioelektron mübarizə sistemləri və pilotsuz uçuş aparatlarının aşkarlanması və zərərsizləşdirilməsi üçün xüsusi texnologiyaların tətbiqi nəzərdə tutulur.

Rəsmi Varşava bu addımı regional təhlükəsizlik risklərinin artması fonunda atdığını bildirir. “Antidron divarı”nın xüsusilə Polşanın şərq sərhədlərinin müdafiəsini gücləndirəcəyi və hava məkanına mümkün təhdidlərin qarşısını alacağı vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR