İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşanın yeganə sualtı gəmisi Hərbi Dəniz Qüvvələri gününə gedərkən xarab oldu

551 26.11.2025 21:38 Dünya A A

Musavat.com xəbər verir ki, Polşanın yeganə fəaliyyətdə olan sualtısı — 40 illik ORP “Orzeł” — ölkənin Hərbi Dəniz Qüvvələri Günü münasibətilə keçirilən paradda iştirak etmək üçün yola çıxarkən nasazlıqla üzləşib.

Məlumata görə, ekipaj sualtı gəmi səthə qalxdığı anda problemlər aşkar edib və nəticədə “Orzeł” məcburən limana qayıdıb.

Nasazlığın səbəbləri barədə rəsmi məlumat açıqlanmayıb.

Polşa mediası hadisəni ölkənin hərbi dəniz qüvvələrinin vəziyyətinin göstəricisi kimi qiymətləndirir. Yerli Komputer Świat nəşri yazır:

“Desək yalan olmaz ki, Polşa sualtı donanması ordumuzun ən baxımsız və unudulmuş hissəsidir”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR