İnsanlara hürriyət, millətlərə istiqlal!

“Pulum var, əsgərliyə getmirəm” - Ermənistanda yeni xidmət modeli

953 11.02.2026 13:02 Region A A

Ermənistan vətəndaşı olan 27–37 yaşlı şəxslər könüllü şəkildə ölkəyə qayıtmaq və təklif olunan 5 variantdan birini seçmək şərti ilə cinayət məsuliyyətindən azad edilə bilərlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli parlament tərəfindən “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna edilən dəyişikliklər qəbul olunub.

Yeni qaydalara əsasən, hərbi xidmətdən yayınanlara aşağıdakı seçimlər təklif edilir:

Birinci variant – 24 ay tam hərbi xidmət keçmək

İkinci variant – 1 il 6 ay xidmət + dövlət büdcəsinə 2,5 milyon dram ödəmək

Üçüncü variant – 6 ay xidmət + 5 milyon dram ödəmək

Dördüncü variant – 1 ay xidmət + 10 milyon dram ödəmək

Beşinci variant – 15 milyon dram ödəyərək xidmət etməmək

Beləliklə, yeni qanuna əsasən, müəyyən məbləğ ödəməklə hərbi xidmətdən yayınan şəxslər həm cinayət məsuliyyətindən xilas olur, həm də real xidmət müddətini minimuma endirə bilirlər.

Qeyd edək ki, bu qərar cəmiyyətdə “pul ver, xidmət etmə” prinsipi kimi qiymətləndirilir və bərabərlik prinsipinin pozulması ilə bağlı müzakirələrə səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR