Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, İran ətrafında hadisələrin "qaynar fazası" başa çatdıqdan sonra Moskva ABŞ-dan danışıqlar aparacaq nümayəndə heyətinin səfərini gözləyir.
Musavat.com xəbər verir ki, Putin bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.
Rusiya liderinin sözlərinə görə, Moskva Vaşinqtonla əvvəllər Ankoricdə müzakirə edilmiş bütün məsələlər üzrə dialoqu davam etdirməyə hazırdır.
Putin bildirib ki, Rusiya ABŞ ilə əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinin davam etdirilməsində maraqlıdır.
Musavat.com






