İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin: “Cəbhə xəttində təşəbbüs tam şəkildə Rusiya ordusunun əlindədir”

688 02.12.2025 02:15 Dünya A A

Rusiya Prezidenti Vladimir Putin birləşmiş qoşun qruplaşmasının idarəetmə məntəqələrindən birində keçirilən müşavirədə cəbhədəki vəziyyətlə bağlı bir sıra açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Putin hazırda bütün təmas xətti boyunca təşəbbüsün Rusiya ordusuna məxsus olduğunu bildirib.

Əsas məqamlar belədir:

– Volçansk Rusiya nəzarətinə keçib.

– Rusiya qüvvələri Gulyaypolye şəhərinə yaxınlaşıb.

– Putin döyüş meydanındakı vəziyyəti “Ukrayna xalqı üçün faciə” adlandırıb və bunu Kiyevin “cinayətkar, oğru xuntasının siyasəti” ilə izah edib. O bildirib ki, Ukrayna komandanlığı Krasnoarmeysk istiqamətində itkilərlə hesablaşmayıb və əsgərləri “ölümə göndərib”.

– “Mərkəz” qruplaşmasının komandanı Sokolçuk Ukraynanın bu istiqamətə yeni çağırılmış və mobilizə edilmiş şəxsləri göndərdiyini, Krasnoarmeyski deblokasiya etməyə çalışan ukraynalı hərbçilərin meşə zolaqlarında kütləvi şəkildə həlak olduğunu bildirib.

– Sokolçuk həmçinin iddia edib ki, ukraynalı əsirlər onlara təslim olmağın güllələnmə ilə qadağan edildiyini deyir və “əl qaldıraraq yaxınlaşan bəzi ukraynalı döyüşçülərin öz dronları ilə vurulması halları qeydə alınıb”.

– “Vostok” qruplaşmasının komandanı İvanaevin sözlərinə görə, 1 noyabrdan bəri 360 kvadrat kilometr ərazi Rusiya nəzarətinə keçib.

– “Qərb” qruplaşmasının bölmələri Krasnı Lıman şəhərinə daxil olub; noyabr ayında Xarkov vilayətində üç yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib.

– Rusiya qüvvələri Novopavlovka istiqamətində hücum əməliyyatlarını genişləndirir. Sokolçuk bildirib ki, Dimitrovun şimal hissəsində 1,5–2 min Ukrayna hərbçisi blokadada qalıb.

Rusiya tərəfi əməliyyatların davam etdiyini və bir sıra istiqamətlərdə irəliləyiş əldə olunduğunu bildirir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR