İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin DƏHŞƏTLİ QƏRAR verdi - Tramp bildirib ki...

1484 29.12.2025 20:30 Siyasət A A

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ prezidenti Donald Trampla Vladimir Putin arasında olan telefon danışığı barədə bəzi detalları açıqlayıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Putin danışıq zamanı Ukraynanın guya onun iqamətgahına etmiş olduğu hücum cəhdini əsas gətirməklə  sülh planında razılaşdırılmış olan bəzi müddəalardan geri çəkilir: “Putin Trampa Kiyevin dövlət iqamətgahına terror hücumlarının cavabsız qalmayacağını deyib”.

Uşakovun iddiasına görə, ABŞ prezidenti Kiyevin Putinin iqamətgahına hücumundan şoka düşüb və qəzəblənib. Uşakov deyib ki, Putin Trampa açıq şəkildə bildirib ki, Rusiyanın mövqeyi Kiyevin dövlət terrorizmi işığında yenidən nəzərdən keçiriləcək.

Analitiklərə görə, iqamətgaha hücum iddiasının arxasında Rusiyanın güddüyü məqsəd aydın olur: Putin danışıqlardakı irəliləyişlərin qarşısını almaq, bu zaman günahkar Kiyevi çıxarmaq istəyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR