İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putin özü də bilir ki, vasitəçiliyi əhəmiyyətsizdir” – Ekspert rəyi

518 16.01.2026 18:32 Dünya A A

Rusiya prezidenti Vladimir Putin gün ərzində bir-birinə düşmən olan iki ölkənin lideri – İsrail baş naziri Benyamin Netanyahu və İran prezidenti Məsud Pezeşkianla telefonla danışıb. Putin bununla nə demək və nə etmək istəyir?

"Alyans" araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, İran məsələsi ilə bağlı həm ABŞ ilə, həm də İsraillə danışıqlar aparmaq imkanı olan çox az dövlətlərdən biri Rusiyadır: "Vladimir Putin də başqalarının iddia etdiyi kimi, təcrid edilmiş dövlət vəziyyətində olmadığını və müxtəlif cinahları təmsil eləyən dövlətlərlə danışıqlar aparmaq imkanı olan az dövlətlərdən biri olduğunu qabartmaq üçün bu telefon danışıqlarını aparır".

Politoloqun fikrincə, gündəmdə bir tərəfdən İranın nüvə proqramı, digər tərəfdən İrandakı etirazlar, rejimin görəcəyi tədbirlər və bunlara qarşı ABŞ ilə İsrailin İrana aviasiya hücumu təşkil etməsi məsələsidir: "Bu danışıqlar təbiidir ki, hücumun qarşısını almaq imkanına malik deyil. Çünki İran nüvə proqramından imtina eləmir və ABŞ-nin zənginləşdirilmiş uranı kənardan almaq və ya ərəb dövlətləri ilə birlikdə konsorsium yaratmaq təklifini rədd edir. Təbiidir ki, bu davranış son nəticədə ABŞ-nin və İsrailin İrana hərbi hücumuna gətirib çıxaracaq. Bu səbəbdən hücum variantının Putinin istəyi ilə tamamilə ləğv olunma ehtimalı yoxdur. Ancaq ABŞ də görünür, hələ tam hazır deyil. ABŞ hələ hazırlıqlarını davam etdirir. Vaşinqtona hələ bir qədər vaxt lazımdır. Putinin apardığı danışıqlar bu səbəbdən heç bir nəticə verə bilməz. Yəqin ki, onun özü də bilir ki, apardığı danışıqlar əhəmiyyəti olmayacaq danışıqlardır”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR