İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ŞOK ƏMƏLİYYAT: Bu məşhurlar SAXLANILDI - VİDEO

1779 11.06.2026 10:00 Son xəbər A A

Türkiyədə tanınmış şəxslərə qarşı həyata keçirilən narkotik cinayətləri ilə bağlı istintaq çərçivəsində yeni əməliyyat dalğasına start verilib.

Musavat.com xəbər verir ki, əməliyyat zamanı 22 nəfər saxlanılıb və onların arasında məşhur müğənni Kənan Doğulu, onun həyat yoldaşı, tanınmış aktrisa Beren Saat, həmçinin Kərimcan Durmaz və Berdan Mardini də var.

Jurnalist Burak Doğanın verdiyi məlumata görə, əməliyyat çərçivəsində saxlanılanlar arasında məşhur cütlük Kənan Doğulu və Beren Saatın da olduğu iddia edilir. İstintaqla bağlı rəsmi qurumlardan hələlik ətraflı açıqlama verilməsə də, əməliyyatın miqyasının genişlənə biləcəyi bildirilir.

Eyni zamanda, saxlanılan şəxslər arasında teatr və kino aktyoru Enis Arıkanın da olduğu barədə məlumatlar var. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu əməliyyat cəmiyyətin sağlamlığını və təhlükəsizliyini təhdid edən narkotik cinayətlərinə qarşı mübarizə çərçivəsində reallaşdırılıb.

Məlumata görə, digər saxlanılan şəxslər arasında sosial media fenomeni Kərimcan Durmaz və müğənni Berdan Mardini də yer alır.

Əməliyyat tədbirlərinin davam etdiyi və saxlanılanların sayının arta biləcəyi vurğulanır.

Sağlamlıq yoxlamasından keçirilən şübhəlilər ifadələrinin alınması üçün İstanbul Emniyyət Müdirliyinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin Küçükçekmecedəki mərkəzinə aparılıb. İstintaqla bağlı təfərrüatların yaxın saatlarda dəqiqləşəcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR