İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin yaxtası Danimarka sahillərində: hərbi gəmilər müşayiət edir

1542 30.06.2026 00:23 Dünya A A

Rusiya lideri ilə əlaqələndirilən "Graceful" superyaxtasının Danimarka sahillərində hərəkəti diqqət çəkib.

Musavat.com xəbər verir ki, yaxta Rusiya esminesi və patrul kateri tərəfindən müşayiət olunub. Gəmi Böyük Belt boğazından keçərək şimala doğru hərəkətini davam etdirib.

Bu gün yayılan əlavə məlumata görə, Danimarka hərbi dəniz qüvvələri və Almaniya sahil mühafizəsi karvanı əvvəlcədən izləyib. Hazırda Danimarkanın P521 Freja patrul gəmisi də superyaxtanın və onu müşayiət edən Rusiya hərbi gəmilərinin hərəkətini nəzarətdə saxlayır. Məlumata əsasən, yaxtanın son təyinat məntəqəsi açıqlanmayıb. Həmçinin bildirilir ki, "Graceful" yaxtasının avtomatik identifikasiya sistemi (AIS) 2022-ci ildən bəri uzun müddət söndürülmüş vəziyyətdə olub və bu səbəbdən onun marşrutu nadir hallarda izlənilə bilirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR